Nəzarət-səhm paketi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankındakı (ABB) talanla bağlı başlanmış cinayət işi və həbslər, gündəmin əsas müzakirə mövzusu olaraq qalır. 6 milyard manatdan artıq vəsaitin kiçik bir qrup tərəfindən kredit adı ilə mənimsənilməsi faktı ilə bağlı xeyli sayda suallar “havadan asılı” vəziyyətdə qalıb və cavabını gözləyir.
Əsas sual isə bundan ibarətdir ki, bu adamlar Beynəlxalq Bankdan bu həcmdə böyük kreditləri necə götürə biliblər və nəyə, kimə arxalanaraq dövlətin pulunu mənimsəyiblər – qorxmadan, çəkinmədən, göz görə-görə...
Lakin 2 aydan artıqdır cinayət işinin istintaqı başlasa və həbslər həyata keçirilsə də, bu sualın cavabı tapılmamış qalır ki, Beynəlxalq Bankdakı talanın arxasında əslində kimlər durur.

"Son zamanlar Azərbaycanda baş verən korrupsiya və mənimsəmə ittihamları, əslində iki çox yüksək vəzifəli generallara aid olunmalıdır, çunki ittiham olunanlar, sadəcə bu adamların icraçılarıdır" – deyə, E.İsmayılov AzPolitika.info-ya qısa açıqlamasında bildirib.
Siyasətçi əlavə şərh vermək istəməyib.
Vaqif NƏSİBOV
AzPolitika.info


Şərhlər