Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışan Arif Məmmədov tərəfindən sosial şəbəkələrdə yazılmış statusla bağlı KİV-də gedən məlumatları şərh edib.
"Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır", - deyə H. Hacıyev APA-ya bildirib.
Xatırladaq ki, A. Məmmədov “facebook” sosial şəbəkəsindəki səhifəsində yazdığı statusunda Binəqədi rayonunda binada baş verən yanğını nəzərdə tutaraq bunun hər bir azərbaycanlının kədəri və faciəsi olduğunu yazıb.
O, statusunda baş verən hadisəyə görə məmurların ünvanında kəskin ittihamlar da qeyd edib.
Maraqlıdır ki, mətbuat xidmətinin rəhbəri, Elmar Məmmədyarovun sözçüsü Hikmət Hacıyevin də adı diplomatımızın etiraza çağırış xarakterli statusunu bəyənənlərın arasında çəkilr. onunla yanaşı bu sırada XİN əməkdaşı Fərəh Gözəlovanın, diplomat Cavid Musayevin, XİN əməkdaşı Anar Mədətlinin, daha bir diplomat Ramiz Vəliyevin adları çəkilir.
AzPolitika.info


Şərhlər