Menu

Fransanın kəşfiyyat gəmisi Qara dənizdə

04.06.2015, 11:26
Fransanın kəşfiyyat gəmisi Qara dənizdə

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Fransaya məxsus «Dyülyüi de Lom» kəşfiyyat gəmisi Bosfor və Dardanell boğazlarını keçərək, Qara dəniz hövzəsinə daxil olub (Rosbalt).

Rusiya Federasiyası hərbi-dəniz donanması (RF HDD) baş qərargahından «İnterfaks»a bildiriblər ki, sözügedən gəmi ötən il 6 dəfə Qara dəniz hövzəsinə daxil olub. İndiki «səfər»isə cari ildə gəminin ilk kəşfiyyat missiyasıdır. Gəmi hövzədə Amerikanın «Ross» esminesini əvəzləyəcək.

Bu gəmi radioelektron kəşfiyyat işləri aparmaq məqsədilə layihələşdirilib və qurulub. Onun avadanlıqları naviqasiya RLS-dən, peyk rabitəsi sistemi stansiyasından, radio və radiotexniki kəşfiyyat kompleksindən ibarətdir. Bu qurğular müasir ötürmə formalı məlumatları «tutmaq» qabiliyyətinə malikdir.

Mayın 21-dən Qara dənizdə üzən ABŞ hərbi-dəniz qüvvələrinə məxsus esmines dünən Aralıq dənizinə qayıdıb. Bu günlərdə o, Ukrayna freqatı «Getman Saqaydaçnı» ilə birgə təlim keçib.

Ukrayna böhranı baş verəndən sonra praktiki olaraq, NATO gəmiləri daim Qara dənizdə üzür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol