Menu

Rusiya qırıcısı qəzaya uğradı

04.06.2015, 17:27
Rusiya qırıcısı qəzaya uğradı

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Miq-29 qırıcısı qəzaya uğrayıb. Axar.az xəbər verir ki, hadisə Rusiyanın Həştərxan vilayəti yaxınlığındakı Aşuluk hərbi poliqonunda baş verib.

“Saat 14 radələrində Aşuluk hərbi poliqonunda Miq-29 qırıcısı təlim uçuşunu həyata keçirərkən qəzaya uğrayıb. Hər iki pilot katapult edə bilib. Pilotların həyatı üçün təhlükə yoxdur”, - Rusiya Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol