Menu

Misir məhkəməsi bəraət hökmünü ləğv etdi

04.06.2015, 17:39
Misir məhkəməsi bəraət hökmünü ləğv etdi

Misirin Kassasiya Məhkəməsi 2011-ci il etirazları dövründə nümayişçilərin qətlilə bağlı cinayət işi üzrə eks-prezident Hüsni Mübarəkə verilmiş bəraət hökmündən Baş Prokurorluğun şikayətini təmin edib.

Eks-prezident Mübarəkin işilə bağlı yeni məhkəmə prossesi bu ilin noyabrın 5-ə təyin olunub.

2012-ci ilin iyun ayında Hüsni Mübarəkə məhkəmə ömürlük həbs cəzası kəsmişdi, lakin 2014-cü ilin noyabrında Qahirə məhkəməsi keçmiş prezident Hüsni Mübarəkə və onun iki oğluna qarşı bütün ittihamları ləğv edib.

Onlar nümayişçilərin qətli və dövlət vəsaitinin mənimsənilməsində ittiham olunurdular.

Misir Baş Prokurorluğu prossesdə bir sıra pozuntuların baş verdiyini qeyd edərək Mübarəkə bəraət qazandıran qərardan Kassasiya Məhkəməsinə şikayət təqdim etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol