Menu

Hərbi konvoya hücumda 20 nəfər həlak oldu

04.06.2015, 19:29
Hərbi konvoya hücumda 20 nəfər həlak oldu

Silahlılar Hindistanın şərqində yerləşən Manipur ştatında hərbi konvoya hücum ediblər. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində ən azı 20 nəfər həlak olub, 11 nəfər yaralanıb.

İlkin məlumatlara görə, hərbi konvoyun keçəcəyi yola kustar üsulla hazırlanmış məsafədən idarə olunan partlayıcı qurğu yerləşdirilib.

Partlayış avtomobillər qurğu üzərindən keçərkən törədilib, ardınca isə atəşə tutulub.

Hadisə yerinə yerli təhlükəsizlik qüvvələri nümayəndələri cəlb olunub.

Silahlıların axtarışı üzrə əməliyyatlar keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol