Bu barədə “Memorial” insan hüquqları mərkəzi bəyanat yayıb
Rusiyada siyasi məhbusların artması halları davam edir.
ANS PRESS-in məlumatına görə, bu barədə “Memorial” insan hüquqları mərkəzinin yaydığı bəyanatda bildirilir.
Bildirilir ki, hazırda Rusiyada 50-dən çox siyasi məhbus var. Təzə siyahıdan 10 nəfər çıxıb, 14 nəfər isə əlavə olunub. Bu müddət ərzində siyasi məhbuslardan heç biri bəraət almayıb, lakin amnistiyaya düşən və əfv olunanlar olub. Yeni siyahıya müxalifətçi kimi tanınan Aleksey Navalnının da adı salınıb.
Xatırladaq ki, “Memorial” mərkəzinin bundan əvvəlki hesabatı ötən il oktyabrın 30-da açıqlanıb.


Şərhlər