Menu

“Azərbaycanda ceyranların sayı artıb”

05.06.2015, 11:18
“Azərbaycanda ceyranların sayı artıb”

“Bu gün Azərbaycanda ceyranlar bütün kateqoriyalar üzrə təhlükədə deyil. Sadəcə biz özümüz onun adını siyahıdan çıxarmırıq. Ağcabədi və Beyləqanda artıq 120-yə yaxın ceyran məskunlaşıb. Mingəçevir və Şamaxıda da ceyranların sayında artım var”. APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. H. Bağırov bildirib ki, ətraf mühitin qorunması üçün yaradılmış fona daxil olan cərimələrin sayı 14 dəfə artıb: “Artıq bu mexanizm neqativ halların qarşısını alacaq xarakter daşımağa başlayıb”.

H. Bağırov qeyd edib ki, Azərbaycanda meşə örtüyü 11,4 faizdən 11,8 faizə kimi artıb: “Çox ruhlandırıcı proses gedir. Biz meşə örtüyünü 2500 metr hündürlüyə qədər qaldırmağı planlaşdırırıq. Bakı və Abşeron yarımadasında son 3 il yarımda 400 min hektar ərazidə damcılı suvarma ilə yaşıllıqlar salınıb. 90-cı illərdə Azərbaycanda zeytunluqlar 900 hektar ərazini əhatə edirdisə, hazırda zeytunluqların ərazisi 3000 hektara çatıb. Biz artıq zeytun istehsalı ilə məşğul olmaq üçün kütləvi iş aparırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol