Menu

Nazirlik gecikən pulları ödətdirdi

05.06.2015, 11:39
Nazirlik gecikən pulları ödətdirdi

Bu ilin may ayında 54 min 467 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmət tərəfindən görülən tədbirlər nəticəsində qeyd olunan vəsaitin, o cümlədən 52713 manat həcmində əmək haqqının, 682 manat həcmində zərərə görə ödəncin, 1072 manat həcmində sosial müavinət və kompensasiyaların işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Ümumilikdə cari ilin yanvar-may aylarında DƏMX işəgötürənlər tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,03 dəfə çox, yəni 432146 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Bu vəsaitin 93,06%-ni (402181 manat) əmək haqları, qalan hissəsini zərərə görə ödənc, sosial müavinət və kompensasiyalar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol