Menu

Türkiyə gəmisinə basqın: 12 ton narkotik maddə ələ keçirildi

05.06.2015, 18:00
Türkiyə gəmisinə basqın: 12 ton narkotik maddə ələ keçirildi

 İtaliya polisi Siciliya sahillərində Türkiyə bayrağı altında üzən gəmiyə basqın təşkil edib. SalamNews-un “Denizhaber” saytına istinadla verdiyi xəbərə görə, “Məryəm” adlı yük gəmisində aparılan axtarış nəticəsində həşiş olduğu bildirilən 12 ton çəkidə narkotik maddə ələ keçirilib.

Aşkar edilən narkotik maddənin dəyərinin təxminən 40 milyon avro olduğu bildirilir.

Saxlanılan dənizçilərin şəxsiyyəti barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol