Menu

Məhəmməd peyğəmbərin “qisasını” almaq istəyənə 10 il həbs

07.01.2014, 15:57
Məhəmməd peyğəmbərin “qisasını” almaq istəyənə 10 il həbs

Özünü “Cihad Ceyn” adlandıran və ABŞ ın Miçıqan ştatının sakini olan Kolin Laruz Məhəmməd peyğəmbərin karikaturasının müəllifini öldürməyi planlaşdırdığı üçün 10 il azadlıqdan məhrum edilib.

Prokurorluğun verdiyi məlumata görə, 2009- cu ildə həbs edilən bu qadın baş verməsi gözlənilən bir çox terror aktlarının öncədən qarşısının alınması üçün onlara xeyli lazımlı məlumatlar verb. Elə bu səbəbdən də ona ömürlük həbs cəzası kəsilməyib. Özünü “Cihad Ceyn”dən başqa “Fatimə Laruz” da adlandıran Kollin Laruz 2007-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını çəkən İsveçli rəssam Lars Vilksi öldürmək istədiyini isə etiraf edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol