Menu

Birinci Avropa Oyunları Afrikada yayımlanacaq

05.06.2015, 19:42
Birinci Avropa Oyunları Afrikada yayımlanacaq

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi “Fox Sport Africa” teleyayım şirkəti ilə müqavilə imzalayıb. Bununla da Afrika qitəsinin 25 dövlətində Birinci Avropa Oyunları yayımlanacaq.

SalamNews xəbər verir ki, Ərəb dövlətləri yayım birliyi ilə ötən ilin oktyabrında imzalanmış müqavilə Şimali Afrika və Yaxın Şərq ölkələrində idman azarkeşlərinin "Bakı-2015"-i izləməyinə imkan verir. Bu gün imzalanan saziş isə Oyunların Afrika qitəsinin daha böyük hissəsinə yayımlanmasına təkan verəcək.

Kabel televiziyası olan “Fox Sport Afrika” yarışları, eləcə də açılış və bağlanış mərasimlərini "Fox Sport" və "Fox Sport-2" kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.

Yeni yayım müqaviləsi ilə bağlı "Bakı-2015"-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq aşağıdakıları bildirib: “Afrika dünya idmanı üçün çox mühüm əhəmiyyət kəsb edən qitə və kommersiya cəhətdən inkişaf edən bazardır. Bu tədbir, Birinci Avropa Oyunları olduğu üçün, yararlana biləcəyimiz mövcud təcrübə yoxdur. Lakin "Bakı-2015"-ə yeni tərəfdaşımız “Fox Sport Africa” yayım şərkəti də daxil olmaqla dünya yayımçıları tərəfindən böyük maraq göstərilməsindən şadam”.

“Fox Sport Africa” televiziya şirkətinin kanallar üzrə direktoru cənab Kristian Serimel də müqavilə ilə bağlı fikirlərini bildirib.

Bildirək ki, bu müqavilədən sonra, Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol