Menu

Yəməndə 1 milyon insan evindən didərgin düşüb

06.06.2015, 08:55
Yəməndə 1 milyon insan evindən didərgin düşüb

Yəməndə davam edən münaqişə nəticəsində 1 milyona yaxın insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, martın ortalarından başlayan münaqişə nəticəsində 148 uşaq ölüb, 290-ı yaralanıb. “Hazırda Yəməndə 20 milyonadək insanın müxtəlif növ humanitar yardıma ehtiyacı var”, deyə S.Düjarrik bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol