Menu

RUSİYA YENİDƏN DOLLARA BOYUN ƏYDİ! – Moskva “Yaşıl kağız”a alternativ tapmadı

06.06.2015, 11:27
RUSİYA YENİDƏN DOLLARA BOYUN ƏYDİ! – Moskva “Yaşıl kağız”a alternativ tapmadı

Rusiya və bəzi ölkələr çoxdandır ki, ehtiyat valyuta kimi dollardan imtina etmək niyyətində olduqlarını bildiriblər. Ancaq bu işdə hələki sözdən uzağa gedən olmayıb. “Forbes”in məlumatına görə, rublun sabitləşməsindən sonra, Rusiya Mərkəz Bankı ehtiyatlı davranaraq, yenidən dollar almağa başlayıb. Halbuki, ruslar dollar əvəzinə ehtiyat valyuta kimi avro və ya qızıl da ala bilərdilər.

Əksər hallarda vəziyyət heç də televiziya vasitəsi ilə bizə təqdim edilən kimi olmur. İndi hamı böyük bankların dollardan imtina edəcəkləri barəsində danışır. Ancaq məsələ bu deyilənlərin həyata keçirilməsinə gələndə, dolların qızıldan geridə qalacaq səviyyədə olmaması anlaşılır. Buna bariz nümunə kimi yaxın zamanlarda Rusiya Mərkəzi Bankının dollar almasını göstərə bilərik. Bəli, Rusiyanın Amerikanı sevməməsinin səbəbləri var. Çünkü Amerika Kreml hakimiyyətini Ukraynaya müdaxilə etməkdə günahlandırır. Digər tərfdən isə ABŞ Rusiya dövlətini müxalifət liderinin öldürülməsində ittiham edərək, onu beynəlxalq arenadan təcrid vəziyyətinə salmağa cəhd göstərir.

Ola bilər ki, Vladimir Putin haradasa əks cavab kimi ABŞ-ın təsirinin nə qədər əhəmiyyətsiz olması barəsində danışsın. Həm də ki, Rusiya Mərkəzi Bankı ehtiyat valyuta olaraq, dollar əvəzinə avro və qızıl da ala bilər. Ancaq bütün bunlara baxmayaraq, may ayının ortalarında Rusiya Mərkəzi Bankı, məhz Amerikan valyutasının rezerv kimi alınmasına üstünlük verib və bu məbləğ 2 milyard dollar təşkil edib. Mütəxəssislərin fikrinə görə əgər bu templə gedilərsə, onda Rusiya Mərkəzi Bankı 2015-ci ilin sonuna kimi 30 milyard dollar alacaq. Beləliklə də Rusiya indiki anda 356 milyard dollarlıq qızıl valyuta ehtiyatını bir daha ABŞ vayutası ilə doldurmaq istəyir. Onu da bildirək ki, həmin ehtiyatın 48,2 milyard dollarlıq hissəsi qızıldan ibarətdir. Əlbəttə ki, dollar alınması əməliyyatı, sözsüz ki, rublu zəiflədir və son 4 həftə ərzində Rusiya valyutası 5% dəyər itirib. Amma rublun zəifləməsinə baxmayaraq, Rusiya dollar almaqdan imtina etmək fikrində deyil. Halbuki neftin qiymətinin düşməsindən sonra Rusiya rublu müdafiə etmək üçün öz valyuta ehtiyatının əhəmiyyətli bir hissəsini sərf etmək məcburiyyətində qalmışdı.

Ümumiyyətlə Rusiya dollar vasitəsilə müdafiə olunan bir qütblü dünyanın mövcudluğundan narahatdır və belə bir vəziyyətdən qəti razı deyil, ancaq Rusiya Mərkəzi Bankı valyuta bazarının məntiqli düşünən oyunçularından biri olaraq qalır. Öz mərkəzi banklarında ehtiyat valyuta olaraq, trilyonlarla dollar saxlayan inkişaf etmiş iqtisadiyyata malik digər ölkələr kimi, Rusiya da yaxın zamanlarda “yaşıl kağızlar”ı əvəzləmək üçün radikal addımlar atmağa tələsmir.

Vaqif Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol