İraqın Xalq Səfərbərlik Qüvvələri (könüllü şiə briqadaları) Ənbar əyalətində "İslam Dövləti" (İŞİD) terror təşkilatının hücuma keçən iki minalanmış kamikadze maşınını vurub. SalamNews-un İraq mətbuatına istinadla verdiyi xəbərə görə, avtomaşınlar ordu postlarına çatmamış partladılıb.
Qeyd edək ki, İŞİD İraq və Suriyada əsasən içinə külli miqdarda partlayıcı yığılmış və daha çox aldadılmış əcnəbi vətəndaşlardan olan kamikadzelər tərəfindən idarə edilən maşınlar vasitəsilə irəliləyir.
Terror təşkilatı son ay ərzində İraqın Rəmadi, Beyci, Suriyanın Həsəka və Palmirra şəhərlərini məhz bu üsulla ələ keçirib yaxud mühüm irəliləyiş əldə edib.


Şərhlər