ABŞ təlimlər üçün Avropaya təxminən bir ay müddətinə üç ədəd B-52 strateji qitələrarası raketdaşıyıcı-bombardmançı təyyarə göndərib. SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Strateji Komandanlığının bəyanatında deyilir.
Təyyarələr Böyük Britaniyada yerləşdiriləcək və NATO-nun Baltik dənizinin beynəlxalq sularında, Baltikyanı ölkələr və Polşa ərazisində keçiriləcək "Baltops" və "Saber Strike" təlimlərində iştirak edəcək.
“Hərəkət (bombardmançıların) ABŞ-ın çevik, uzun qlobal zərbələr endirilməyi üzrə bacarıqlarını nümayiş etdirir.
Bundan başqa, ABŞ bombardmançıların köməyi ilə Avropadakı müttəfiqləri ilə strateji fəaliyyət və imkanları sinxronlaşdırmaq niyyətindədir.”, - strateji komandanlığın press-relizində bildirilir.


Şərhlər