Menu

Malayziyadan daha bir bəd xəbər

06.06.2015, 17:35
Malayziyadan daha bir bəd xəbər

Malayziyanın Borneo adasındakı Sabah ştatında baş verən zəlzələdən sonra itkin düşən 8 nəfərin axtarışı davam etdirilir. Rixter şkalası ilə 5.9 bal gücündə zəlzələ 11 adamın ölümünə səbəb olub.

Cümə günü gecə 30 yaşlı bələdçi və 12 yaşlı sinqapurlu məktəbli qızın cəsədi aşkar edilib. 9 cəsəd isə bu gün dağıntılar altından çıxarılıb.

Xəsarət alan 20 adam yerli xəstəxanalara çatdırılıb.

Zəlzələ bir neçə binaya ziyan vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol