“Əgər adlarını ADP qoysalar, məhkəməyə verməyə məcbur olacağıq”.Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.Az –a açıqlamasında Açıq Cəmiyyət Partiyasının adının dəyişdirilməsinə münasibət bildirərkən deyib. S. Cəlaloğlu qeyd edib ki, Sülhəddin Əkbər partiyasının adını AzDP, yaxud DP qoysunlar:
“ADP Azərbaycanın müstəqillik dövrünün ilk partiyalarındandır. Hər kəs də ADP olaraq bizi tanıyır. Həmçinin siyasi partiyalarla bağlı qanun da icazə vermir ki, eyni adlı, eyni abreviatura ilə iki partiya olsun. Belə olacaqsa, qanun da məhkəməyə müraciət etməyimizə icazə verir”.
Amma S. Cəlaloğlu hesab etmir ki, S. Əkbər belə addım atsın. Onun sözlərinə görə, Rəsul Quliyev ACP-ni yaratdı, amma uğur qazanmadı, qeydiyyatdan da keçirə bilmədilər.“S. Əkbərin belə addım atması partiyasını qeydiyyatdan keçirmək məqsədi daşıyır. Mən bunu anlayışla qarşılayıram”-deyə o bildirib.

Məsələ ilə bağlı Publika.Az –a danışan S. Əkbər bildirib ki, onların məqsədi hansısa partiyanın adını götürmək deyil. “Biz ADP adından istifadə etməyəcəyik. Hansı formanı seçəcəyimiz isə qurultay müəyyənləşdirərək”-deyə o bildirib.


Şərhlər