2011-ci ildə silahlı hücuma məruz qalan Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses barəsində üzücü xəbər yayılıb. ANS PRESS-in məlumatına görə, başından aldığı güllə səbəbindən üzün müddətdir müalicə alan pop kralı yaddaşını itirib.
Bu səbəbdən də müğənni kariyerasının bitdiyini düşünür. Çünki İbrahim Tatlıses uzun müddət müalicə olunmasına baxmayaraq sağalmaq bilmir. Sənətçi günü-gündən yaddaşını itirir. Ona görə də, müğənni mahnıların sözlərini unudub.
İbrahim Tatlıses yenidən oxumağa çalışsa da, bütün cəhdləri uğursuz olub. O, mahnıların sözlərilə yanaşı musiqi melodiyalarını da unudub.
Bu vaxta qədər müğənninin nə səbəbdən mahnı oxumadığının səbəbi də məhz bu imiş.
Qeyd edək ki, İbrahim Tatlıses 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb.
Məşhur türkücü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. Tanınmış sənətçi 6 gün komada qalandan sonra ayılıb.


Şərhlər