Xarici KİV-in məlumatına görə, Böyük Britaniyanın Baş naziri Devid Kemeron Rusiyaya qarşı sankisiyaların uzadılması təklifi ilə çıxış edərək, dünya ictimaiyyətini Rusiyanın Ukraynaya yönəlik mövqeyinə qarşı vahid cəbhədən çıxış etməyə çağırıb (TASS).
G7 sammitində iştirak etmək üçün Almaniyaya gələn Britaniya baş naziri Devid Kemeron bu barədə deyib: «Bu məsələdə Avropanın vahid mövqedə qaldığına əmin olmaq gərəkdir. Sanksiyalar bütün ölkələrə təsir göstərir. Böyük Britaniya maliyyə xidmətləri sahəsində liderliyinə baxmayaraq, bu amilin Rusiyanın təcavüzkarlığına yönəlik sərt reaksiyalara qarşı durmasına imkan vermədi. Hesab edirəm ki, digər ölkələr də bu mövqedən çıxış etməlidirlər...».
Rusiya isə dəfələrlə bəyan edib ki, Qərbin Ukrayna münaqişəsi ilə bağlı sanksiyaları «qarşılıqlı məhsuldar»dır. Bu barədə Rusiya prezidenti Vdadimir Putin deyib: «Sanksiyalar - bu, Rusiyanın inkişafına mane olmaq cəhdindən başqa bir şey deyil. Belə cəhdləri isə biz, Rusiyanın tarixi boyunca, hələ çar vaxtından üzübəri görürük. Bax, Rusiyanı inkişafdan saxlamaq üçün belə cəhdlər yüzilliklər boyunca olub. Burada yeni heç nə yoxdur. Odur ki, bundan çox da məyus olmaq lazım deyil...».
AzPolitika.info


Şərhlər