Menu

“ABŞ Rusiyanın qonşularının müdafiəsində fəallığı artırmalıdır” – General Dempsi

07.06.2015, 23:35
“ABŞ Rusiyanın qonşularının müdafiəsində fəallığı artırmalıdır” – General Dempsi

Xarici KİV-in yaydığı məlumata görə, «Wall Street Journal» qəzetinə verdiyi müsahibədə ABŞ silahlı qüvvələri qərargah rəisləri Komitəsinin sədri, general Martin Dempsi deyib ki, Birləşmiş Ştatlar Rusiya ilə qonşu ölkələrin müdafiəsini təmin etmək məqsədilə əlavə tədbirlər görməlidir (TASS).

Amerikalı general deyib: «Bəlli məsələlərlə bağlı prezident Putin faktiki olaraq, öz məqsədlərini ortaya qoyub. Prezidentin daha dəqiqliklə ifadə olunmuş bəyanatlarından biri də bu mənaya gəlir ki, o, NATO-ya təhlükə mənbəyi kimi baxır...».

Generalın fikrincə, belə yanaşma Moskvanın alyansı zəif salmaq istəklərindən xəbər verir.

Dempsi hesab edir ki, belə cəhdlərə qarşı durmaq məqsədilə gərək ABŞ öz müttəfiqlərini və həmkarlarını Rusiyanın təzyiqlərindən daha effektli qorumaq üçün əlavə köməkliklər göstərsin: «Söhbət böhranın yetişməsinə qədərki mərhələdə müdafiə olunmaq imkanlarının gücləndirilməsindən gedir. Böhran gələndə, debatlar başlayır ki, nələr vəziyyəti qızışdırır, nələr isə əksinə. Burada isə söhbət böhrandan əvvəlki tədbirlərin görülməsindən gedir ki, böhran dəf oluna və ya zəiflədilə bilsin...».

Qəzet yazır ki, Rusiyaya qarşı nələrin tətbiq olunması məsələsində Barak Obama administrasiyasının vahid mövqeyi yoxdur: «Administrasiyanın keçmiş və indiki nümayəndələrinin sözlərinə görə, Obama Rusiyanın uzunmüddətli «çağırışlarına» yönəlik skeptik mövqedən çıxış edir və Moskvanı lazım olandan daha ciddi rəqib mövqeyində görməkdən çəkinir...»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol