Xarici KİV-in məlumatına görə,Yaponiya, Cənubi Çin dənizində Çin Xalq Respublikası (ÇXR) tərəfindən fəal tikinti işləri aparılmasından narahatlıq keçirir. Bu fikri Yaponiyanın Baş naziri Sindzo Abe Fransa prezidenti Fransua Ollandla apardığı ikitərəfli danışıqlar zamanı səsləndirib (TASS).
Baş nazir deyib: «Tikinti işlərinin ahəngi yüksəlməkdə davam edir. Bu da bizdə narahatlıq doğurur...».
Cənubi Çin dənizinin mübahisəli hövzəsində ÇXR tərəfindən süni adacıqların yaradılması işlərinin davam etdirilməsi bölgənin bir sıra ölkələrində, o cümlədən, Filippin və Vyetnamda narazılıq doğurur. Pekin isə hövzəni özünün əzəli ərazisi hesab edir. Narazı dövlətlər artıq dəfələrlə rəsmi bəyanatlarla çıxış edərək, bildiriblər ki, Pekinin bu hərəkəti onların suverenliyini pozur və bölgədə beynəlxalq gəmiçilik üçün təhlükə yaradır.
AzPolitika.info


Şərhlər