Münaqişə nəticəsində minlərlə insan həyatını itirib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmən paytaxtı Sənada keçirdiyi hava hücumları nəticəsində mülki vətəndaşlar da daxil olmaqla 44 nəfər ölüb. Anspress-in məlumatına görə, xəbər verilir ki, bomba hücumları husilərin nəzarətində olan Sənada Yəmən hərbi qüvvələrinin baş qərargahını hədəf alıb.
Qeyd edək ki, hadisə siyasi rəqiblər arasında sülh danışıqlarının başlamasından bir həftə əvvəl baş verib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Husi yaraqlılarına qarşı hava hücumları kampaniyasına qrupun prezident Əbd Rabbu Mənsur Hadini ölkəni tərk edib Ər-Riyada sürgünə getməyə məcbur etməsindən sonra mart ayında başlayıb. husilər paytaxt Sənanı sentyabr ayında başladıqları hərbi kampaniyadan sonra ələ keçirib. O vaxtdan bəri siyasi qeyri-sabitlik, habelə hökumət tərəfdarı qüvvələrlə yaraqlıların mütəlif fraksiyaları arasında toqquşmalar, eyni zamanda Səudiyyə Ərəbistanının başçılığı ilə hərbi hava kampaniyasını Yəməndə dərin humanitar böhranın yaranmasına gətirib çıxarıb. Münaqişə nəticəsində minlərlə insan həyatını itirib.
BMT iyunun 14-də Cenevrədə tərəflərin iştirakı ilə danışıqların başlayacağını elan edib.


Şərhlər