Menu

Demirtaş qalibiyyəti qeyd edir: “Diktatorluq mübahisəsi sona çatdı” -  VİDEO

08.06.2015, 09:39
Demirtaş qalibiyyəti qeyd edir: “Diktatorluq mübahisəsi sona çatdı” -  VİDEO

Separatçı kürdlərin də dəstəklədiyi Xalqın Demokratiya Partiyasının (HDP) 10 faizlik barajı keçməsi tərəfdarların bayramına çevrilib. Anspress-in məlumatına görə, partiyanın sədri Səlahəddin Dəmirtaş bunu əsl qələbə adlandıraraq hamını təbrik edib.

“Artıq Türkiyədə prezidentlik, diktatorluq mübahisəsi sona çatmışdır”- deyərək Demirtaş partiyasının siyasi iddiasını nümayiş etdirib.

Qeyd edək ki, Türkiyədə keçilən parlament seçkilərinin ilkin nəticələri məlum olub. Artıq səslərin 99,3 faizi sayılıb.

Səsvermədə Türkiyənin Ədalət və İnkişaf Partiyası 40.9% səs yığıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25.2% səs yığıb, Milliyətçi Hərəkat Partiyası (MHP) - 16.6%, Xalqların Demokratik Partiyası (HDP) isə 12.5% səs toplayıb. Qalan siyasi partiyalar ümumilikdə 4.8% səs yığıb.

Parlament seçkilərində 20 siyasi partiya iştirak edib. Səsvermədə 53 765 231 seçici iştirak edəcək. İlkin nəticələr onu deməyə əsas verir ki, hakim partiya olan AKP təkbaşına hakimiyyət qura bilməyəcək və koalisiya qurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol