Bakıdan rayonlara hərəkət edən elektrik qatarları Latviyanın paytaxtı Riqada yenilənərək Azərbaycana gətirilib. Bu barədə fins.az-a Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, söhbət Xaçmaz (Yalama), Hacıqabul və İmişli rayonları istiqamətində gedən qatarlardan gedir: “Həmin qatarlar köhnə olduğuna görə, son vaxtlar bu 3 rayona onların hərəkətini dayandırdıq və yenilənməyə göndərdik. Keçən həftə o qatarlar gəldi. Tezliklə onları yenidən xəttə buraxacağıq”.


Şərhlər