Menu

Milli Şura sessiyaya hazırlaşır

08.01.2014, 12:55
Milli Şura sessiyaya hazırlaşır

Yaxın günlərdə Demokratik Qüvvələrin Milli Şurasının sessiyası olacaq. Sessiyada qurumun gələcək taleyi müzakirə ediləcək. Turan-ın məlumatına görə, bu qərar Milli Şuranın sədri Cəmil Həsənlinin çərşənbə axşamı keçirdiyi Məşvərət Şurasının iclasında qəbul olunub.

Cox güman ki, şənbə günü keçiriləcək sessiyanın qarşısında DQMŞ-ni demokratik qüvvələrin effektiv fəaliyyət göstərən koalisiyası durumuna gətirmək vəzifəsi durur.

2013-cü il mayın 28-də yaradıldığı vaxtdan MŞ müxtəlif səbəblərdən siyasi partiyalar və vətəndaş cəmiyyətinin fəalları arasında birlşdirici funksiyasını yerinə yetirə bilməyib.

Bundan əvvəl Liberal və İslam partiyaları, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev MŞ-ni tərk ediblər. Rüstəm İbrahimbəyov sədr postundan gedib. Ötən çərşənbə axşamı Müsavat Partiyası MŞ-dən çıxdığını bəyan edib.

Qeyd etmək lazımdır ki, MŞ yaradıldığı vaxtdan bəzi müstəqil ictimai xadimlər qurumda iştirak etməyiblər. Yarandığı vaxtdan MŞ-nin tərkibində 139 nəfər siyasi partiya təmsilçisi və müstəqil xadim olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol