Menu

Azərbaycan donor təşkilatlara qarşı qaydaları sərtləşdirdi

08.06.2015, 16:22
Azərbaycan donor təşkilatlara qarşı qaydaları sərtləşdirdi

Azərbaycanda donor təşkilatlara qarşı tələblər sərtləşdirilib. Azərbaycanın Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarına müvafiq dəyişiklik edib.

Nazirlər Kabinetinin rəsmi saytınının məlumatına görə, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol