Menu

"Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək" - FİFA

09.06.2015, 09:00
"Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək" - FİFA

Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilməyəcəklər. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, FİFA-nın bəyanatında belə deyilir.

“FİFA Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FİFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib. Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki, FIFA-nın Rusiya və Qətəri Dünya Kubokuna ev sahibliyindən məhrum etməyə heç bir hüquqi əsası yoxdur" – bəyanatda deyilir.

Qeyd edək ki, bundan əvvəl FİFA rəsmisi Domeniko Skala bəyan etmişdi ki, korrupsiya halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol