Menu

«NATO-ya daxil olmaq xalqın seçimidir» - Gürcüstan Prezidenti

09.06.2015, 13:21
«NATO-ya daxil olmaq xalqın seçimidir» - Gürcüstan Prezidenti

Xarici KİV-in yaydığı məlumata görə, Gürcüstanın Prezidenti Georgi Marqvelaşvili NATO-nun hərbi-strateji həmkalarının Tiflisdə keçirilən konfransında bəyan edib ki, Gürcüstanın NATO-ya daxil olması məsələsi gürcü xalqının seçimidir (Rosbalt).

Marqvelaşvilinin sözlərinə görə, ölkə hakimiyyəti bu məqsədə çatmaq üçün təkcə siyasi bəyanatlar vermək niyyətində deyil («İnterfaks»).

NATO-nun 20-dən çox həmkar ölkəsinin nümayəndələri qarşısında çıxış edən Prezident daha sonra deyib: «Həm də biz, təkcə hərbi strukturlarımızı və demokratik institutlarımızı inkişaf etdirmirik. Eyni zamanda gürcü hərbçilər öz həyatları və sağlamlıqları bahasına o dəyərləri qoruyurlar ki, uzun illər boyu onları qorumuşuq və çoxsaylı insanlarımız öz həyatlarını bu məqsədə həsr ediblər...».

Forumda ümumilikdə, 60 ölkə iştirak edir. İki gün davam edəcək tədbirdə ekspertlər NATO-ya transformasiya məsələlərini müzakirə edəcəklər.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Avropa İttifaqına inteqrasiya olunmaq məsələsində Gürcüstana kömək edəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol