Menu

SOCAR səhmlərin satışının ləğv edilməsinin səbəbini açıqladı

09.06.2015, 15:56
SOCAR səhmlərin satışının ləğv edilməsinin səbəbini açıqladı

SOCAR Türkiyə şirkəti Petkim-in səhmlərinin satışının ləğv edilməsinin səbəbini açıqlayıb.

SOCAR Türkiyə şirkətinin rəhbəri Kənan Yavuz, Petkimin, investorlarına dəstək olmaq məqsədilə aldıqları səhmlərin bir hissəsini satmağı planlaşdırdıqlarını, amma seçkidən sonra birjadakı azalma səbəbilə satışı yenidən düşünəcəklərini dilə gətirib.

Qeyd edək ki, SOCAR Türkiyə, “Petkim Petrokimya Holding A.Ş.”nin səhmlərinin 1,6%-nin iyunun 8-də "BCM Global Fund" MMC-yə satılacağı ilə bağlı iyunun 5-də elan vermişdi. Lakin səhmlərinin satılması təklifi ləğv edilmişdi.

Qeyd edək ki, SOCAR-ın "Petkim"də payı 61,32%-dir.

Şirkətin potensial investora satmaq istədiyi 1,6%-lik pay 16 mln. səhm, onun nominal üzrə ümumi dəyəri 16 mln. lirə (TRY) təşkil edir. Satışa çıxarılan səhm paketinin hər səhm 4 lirə olmaqla 64 mln. lirəyə satılması planlaşdırılırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol