APA generaldan üzr istədi
“Əli Nağıyevin özü də, sürücüsü də hazırda işdədir”.
Bunu APA-ya Baş Prokurorluqdan qurumun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin yol qəzasına düşməsi barədə xəbəri şərh edərkən ildiriblər.
Məlumata görə, dünən Ə. Nağıyevin sürücüsünün idarə etdiyi avtomobil Türkiyə səfirliyi qarşısında yüngül qəza törədib.
Qəza zamanı Ə. Nağıyev avtomobildə olmayıb. Onun sürücü də hadisə nəticəsində heç bir xəsarət almayıb.
Qeyd edək ki, qəzanın baş verməsi xəbərini APA-ya Nəsimi Rayon Polis İdarəsi təsdiqləyib.
İlkin yayılan xəbərdə Ə. Nağıyevin hadisə nəticəsində xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
APA yanlışlığa görə oxucularından və Ə.Nağıyevdən üzr istəyir.


Şərhlər