İyunun 10-da Odessa vilayətində korrupsiya ilə mübarizə ilə bağlı “qaynar xətt” işə düşəcək və qubernator Mixail Saakaşvili prokurorluğun reaksiyasını tələb edəcək. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə qubernatorun özü bildirib. Bundan əlavə, onun planlarında vilayət üçün yeni imkanların açılması da var.
“Bundan ötrü korrupsiya və kriminalla qurtarmaq lazımdır. İnsanlar bürokratçılıqdan qurtulacaq, biz isə - investorlara açıq olacağıq. Mən prezidentdən mandat almışam ki, bütün bunların axırına çıxım” – deyib Saakaşvili.
“Əvvəllər hökumət xalq üçün rəis idi, indi isə hökumət ora-bura qaçacaq və xalqa xidmət edəcək. Məmurlar insanları qaranlıq kabinetə çağırıb pul istəməyəcəklər” - vəd edib yeni qubernator.


Şərhlər