Xarici KİV-in məlumatına görə, İranın nüvə proqramı üzrə danışıqların növbəti raundu iyunun 10-12-i tarixlərində Vyana şəhərində keçiriləcək. Bu barədə xəbəri «Tasnim» agentliyi yayıb (TASS).
Agentlik bu barədə yazıb: «İranın nüvə proqramı üzrə çoxdan gözlənilən razılaşmanın mətn layihəsinin formalaşdırılmasına yönəlik diplomatik danışıqların növbəti raundu çərşənbə günü Avstriyanın paytaxtında başlanacaq...».
«Tasnim» qeyd edir ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılacaq məsləhətləşmələr cümə gününə qədər davam edəcək. İranın nümayəndə heyətinə Abbas Araqçı başçılıq edəcək. «Altılar»ı (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) isə Avropa xarici siyasət xidməti baş katibinin siyasi məsələlər üzrə müavini Helqa Şmid təmsil edəcək.
Bununla eyni vaxtda gələcək razılaşmanın texniki aspektləri üzrə - xarici işlər nazirlərinin müavinlərii səviyyəsində - məsləhətləşmələr də aparılacaq. Burada İran nümayəndə heyətinə Həmid Baedinejad başçılıq edəcək.
Bundan əvvəlki raund ötən həftə baş tutub və iyunun 4-də başa çatıb. Onun nəticələrinə görə, bir sıra əhəmiyyətli məsələlər həll olunmamış qalır. Məsələn, İslam Respublikası MAQATE tərəfindəın istənilən vaxt və istənilən nüvə obyekti olmayan məntəqələrin inspeksiya olunması müddəasına qəti şəkildə etiraz edir. Bu barədə «Tehran tayms» qəzeti yazır: «Sonuncu raundun yekununda Araqçı deyib: «İnspeksiyalar və qeyri-nüvə obyektlərinə, o cümlədən, hərbi obyektlərə nəzarətsiz giriş İran üçün qəbuledilməzdir. Obyektlərə nəzarət olunan və idarə olunan buraxılışlar inspeksiya demək deyil. Danışıqlarda çalışırıq, qeyri-nüvə obyektlərinə idarə olunan hansısa bir giriş qaydası işləyib hazırlayaq...».
Bundan başqa İrana qarşı qüvvədə olan sanksiyaların aradan qaldırılması qaydaları və vaxt çərçivəsi məsələləri də hələlik həll olunmamış qalır.
AzPolitika.info


Şərhlər