Menu

Eynulla Mədətli Ukraynanın azərbaycanlı dövlət məmuru ilə görüşüb

10.06.2015, 14:09
Eynulla Mədətli Ukraynanın azərbaycanlı dövlət məmuru ilə görüşüb

Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılan Eynulla Mədətli Kiyevdə bu ölkənin Dövlət Fiskal Xidmətinin rəisi, azərbaycanlı Roman Nəsirovla görüşüb.APA-nın səfirliyin saytına istinadən verdiyi məlumata görə, E. Mədətli Ukrayna Ali Radasında Azərbaycan Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupa rəhbərlik etdiyi müddətdə ölkələr arasında əlaqələrə verdiyi töhfələr, eləcə də 28 may tarixində Azərbaycanın Respublika Günü münasibətilə səfirlikdə keçirilmiş bayram tədbirində iştirakı ilə əlaqədar R. Nəsirova minnətdarlığını bildirib.

R. Nəsirov Ukraynada diplomatik missiyasını başa vuran E. Mədətliyə ölkələr arasında münasibətlərin inkişafı məqsədilə göstərdiyi səylərə görə təşəkkür edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. E. Mədətli R. Nəsirova Heydər Əliyevin portret şəkli ilə işlənmiş xalça hədiyyə edib.

Səfir Ukrayna xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko ilə də vida görüşü keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol