Menu

Yay düşərgəsində 34 uşaq zəhərləndi

11.06.2015, 13:04
Yay düşərgəsində 34 uşaq zəhərləndi

Rusiyada uşaq düşərgəsində kütləvi zəhərlənmə olub. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə iyunun 10-da Saratov vilayətində baş verib.

Məlum olub ki, 8-12 yaş arasında olan 34 uşaq axşam saatlarında qida qəbul etdikdən sonra mədə ağrılarından şikayət edib. Onlardan 7 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol