Nepalda daha bir təbii fəlakət baş verib.
Musavat.com-un məlumatına görə, normadan artıq yağan yağışlar nəticəsində torpaq sürüşməsi olub. 6 dağ kəndinin torpaq altında qaldığı bildirilir. Hadisə nəticəsində 15 nəfər ölüb, 12 nəfər isə torpaq altında qalıb. Sürüşmə Taplejunq bölgəsində meydana gəlib.
Qeyd edilir ki, xilasedicilərin fəlakət zonasına getməsi saatlar alacaq.


Şərhlər