Menu

Akif Nağı polisə aparılıb

11.06.2015, 15:22
Akif Nağı polisə aparılıb

QAT sədri Akif Nağı bu gün Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Bu barədə “Musavat.com”-a Qarabağ Azadlıq Təşkilatından məlumat verilib.

Akif Nağı nə üçün polisə aparıldığı ilə bağlı heç nə deyilməyib. Güman olunur ki, bu, QAT-ın erməni idmançılarının Birinci Avropa Oyunlarında iştirakına etiraz aksiyaları ilə bağlıdır.

A.Nağı özü isə əməkdaşımızın telefon zənginə cavabında “Polisə gedirəm, hələ heç nə məlum deyil” deməklə kifayətlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol