Menu

Ərdoğanın çıxışından sonra dollar qəfil düşdü

11.06.2015, 16:07
Ərdoğanın çıxışından sonra dollar qəfil düşdü

Türkiyədə keçirilən parlament seçkilərindən sonra prezident Rəcab Tayyib Ərdoğan ilk dəfə çıxış edib. Musavat.com-un məlumatına görə, Ərdoğanın çıxışından sonra dolların məzənnəsi qəfil düşüb. Ərdoğanın çıxışından əvvəl 2,746 lirə olan dollar çıxışdan sonra 2,7328 lirə olub.

Dəyişiklik avroda da özünü göstərib. Çıxışdan əvvəl 3,093 lirə olan avro sonra 3,082 lirə olub.

Ərdoğan çıxışında bildirib ki, Türkiyəni hökumətsiz qoyanlar tarix qarşısında cavab verə bilməz. Ərdoğan hər kəsi eqolarını kənara qoymağa və qısa zamanda hökuməti qurmağa çağırıb:“Ortaya çıxan nəticə millətin iradəsidir, hər kəs millətin seçiminə hörmət etmək məcburiyyətindədir. Seçimin nəticəsi xalqımızın tək partiyanın iqtidara gəlməsinə imkan verməyən siyasi tabloya üstünlük verdiyini göstərdi. Bu tablonu siyasi partiyaların da olduğu kimi görməsini istəyirəm. Türkiyəni hökumətsiz, başsız qoyanlar, eqolarına məhkum olanlar, bunun hesabını nə tariximizə, nə də millətimizə verə bilməzlər. Hər kəs eqolarını bir kənara buraxıb tez zamanda hökuməti qurmalıdır.

Milli gəliri 800 milyard dollara çatan, ixracatını 60 milyard dollara çatdıran, işsizlik və inflyasiyanı tək xanalı rəqəmlərə qədər endirən bir ölkə bir addım da geri getməməlidir. Əsla heç bir siyasətçi “mən” demək haqqına sahib deyil. Biz deməliyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol