Menu

Rəfsəncaninin oğluna 10 il həbs verildi

11.06.2015, 21:00
Rəfsəncaninin oğluna 10 il həbs verildi

İranın sabiq prezidenti Əkbər Haşemi Rəfsəncaninin oğlu Mehdi Haşemi bu gün 10 il müddətinə azadlıqdan məhrum edilib. "Trend"in "RİA Novosti"yə istinadən verdiyi məlumata əsasən, M.Haşemi iqtisadi fəaliyyət sahəsində cinayətlərdə, eləcə də korrupsiyada, dövlət vəsaitlərinin mənimsənilməsində, fırıldaqçılıqda və dövlət təhlükəsizliyinin pozulmasında təqsirli bilinib.

Hüquq-mühafizə orqanları onu 2012-ci ildə həbs etdikdən sonra azadlığa buraxılmışdı. Bununla belə, M.Haşemi barəsində araşdırma dayandırılmamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol