Bu barədə prezident Pyotr Poroşenko fərman imzalayıb
Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin Daxili İşlər Nazirliyinin yeni başçısı Qeorqi Lortkipanidzeyə Ukrayna vətəndaşlığı verib. Anspress-in məlumatıhna görə, bu barədə prezidentin rəsmi saytında bildirilir.
"1968-ci il təvəllüdlü Gürcüstan sakini Lortkipanidze Georgini Ukrayna vətəndaşlığına qəbul etməyə qərara alıram", - deyə fərmanda deyilir.
Lortkipanidzeyə vətəndaşlıq Ukrayna konstitusiyasının "Ukraynanın vətəndaşlığı Haqqında" qanuna uyğun olaraq verilib.
Daha əvvəl bildirilirdi ki, Gürcüstanın Daxili İşlər Nazirinin keçmiş müavini Odessa milisinə başçılıq edəcək.


Şərhlər