“Artıq qumar oynamaq üçün vaxt qalmadı”
Beynəlxalq Valyuta Fondu-nun (BVF) heyəti Yunanıstan ilə hər hansı bir razılığa gəlməyərək Brüsseldən ayrılıblar.
BVF sözçüsü Gerry Rays Yunanıstanla texniki müzakirələrin dayandığını açıqlayıb.
O, "Yunanıstan ilə aramızda ciddi fikir ayrılıqları var. Yunanıstanın pensiya sistemi davamlı deyil" şərhini verib.
Sözçü, danışıqların gedişinə dair "Yunanıstanla razılaşma istiqamətində gedilmiş hər hansı bir məsafə yoxdur, ancaq BVF Yunanıstan ilə danışıqlarda masadan qalxmış deyil" ifadəsini istifadə edib.
Rays, BVF sədri Kristin Laqardın son dəfə 18 İyunda keçiriləcək Avro Bölgəsi Maliyyə Nazirləri toplantısına qatılacağını bildirib.
Yunanıstanın Baş Naziri Çipras Brüsseldə keçirilən toplantının ardından "kreditorlar ilə aramızdakı fikir ayrılığını aradan qaldırmağa çalışırıq, xüsusilə maliyyə və büdcə sahəsində fikir ayrılıqları var" deyib.
Avropa Birliyinin rəsmisi Juncker isə "Yunanıstanın Baş Naziri Çipras ilə dostcasına bir görüş keçirdiklərini bildirib".
Avropa İttifaqı Şurasının Sədri Donald Tusk artıq danışıqlara deyil, qərarlara ehtiyac duyulduğunu söyləyib:
"Yunan hökumətinin bir az daha real addımlar atmasının lazım olduğunu düşünürəm. Artıq qumar oynamaq üçün vaxt qalmadı. Yaxın günlərdə qorxuram ki, kimsə, oyun bitdi deyəcək".
Donald Tusk gələn həftə baş tutacaq Eurogroup toplantısının həyati əhəmiyyətə malik olduğunu deyib.
AB-Latın Amerikası və Karib ölkələri Birliyinin zirvə toplantısı üçün Brüsseldə olan Yunanıstanın Baş Naziri Aleksis Çipras Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker ilə iki saat ərzində görüşüb. Məqsəd kredit "diliminin" sərbəst buraxılması üçün islahat planı üzərində razılaşmaq idi. /"Marja"


Şərhlər