Menu

İlk yarışda 18-ci yeri tutduq - CƏDVƏL

12.06.2015, 11:41
İlk yarışda 18-ci yeri tutduq - CƏDVƏL

Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük dueti və komanda yarışı keçirilib. Bu gün I Avropa Oyunlarının ilk yarışlarına start verilib. Anspress-in məlumatına görə, Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük dueti və komanda yarışı keçirilib. Sinxron duetdə I yer Rusiya, II yer Ukrayna III yeri isə İspaniya idmançıları qazanıb.

Digər yerləri isə müvafiq olaraq Avstriya, İtaliya, Yunanıstan, Fransa və Belarus tutub.

Yarışlarda Azərbaycan idmançıları 71,4333 xalla 20 duet arasında 18-ci yerdə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol