Xarici KİV-in yaydığı məlumata görə, Rusiyanın qırıcı təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava zolağında ABŞ hərbi-hava qüvvələrinə (HHQ) məxsus kəşfiyyat təyyarəsi ilə az qala toqquşacaqmış! Bu barədə xəbəri ABŞ HHQ-i mənbəyə istinadla, CNN kanalı yayıb (Rosbalt).
Telekanalın məlumatına görə, insident mayın 30-da baş verib. Rusiya təyyarəsi, təxminən, ABŞ təyyarəsi ilə eyni hündürlükdə uçaraq, sonuncuya 3 metr yaxınlaşıb və bir müddət onu müşaiyət edib. Sonra qırıcı təyyarə ərazini tərk edib. Qeyd olunur ki, ABŞ təyyarəsi buna heç bir cavab reaksiyası verməyib. Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.
Bundan əvvəl Rusiyanın Su-24 hücum təyyarəsi ABŞ-ın «Ross» esminesi üzərindən uçub. Pentaqonun məlumatına görə, analoji insident aprel ayında Baltik dənizi hövzəsi üzərində baş verib. Qeyd olunur ki, aprelin 7-də ABŞ-ın RC-135U təyyarəsi beynəlxalq hava məkanında uçuş keçirən zaman Rusiyanın Su-27 təyyarəsi tərəfindən qeyri-peşəkarcasına və təhlükəli olaraq «nəzarətə alınıb».
Rusiya Müdafiə nazirliyi isə qırıcı təyyarənin təhlükəli manevr etməsi barədə Pentaqonun bəyanatlarını rədd edib.
AzPolitika.info


Şərhlər