Menu

Saakaşvili Ukraynada daha bir vəzifə aldı

12.06.2015, 14:53
Saakaşvili Ukraynada daha bir vəzifə aldı

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynada yaradılacaq Dövlət müəssisələrinin islahatlarının Müşahidə Şurasına rəhbərlik edəcək. Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abramaviçus bildirib.

“Biz İslahatları Müşahidə Şurası yaradırıq. Bu, dövlət idarəçiliyi və islahatlar sahəsində geniş təcrübəyə malik ekspertlər qrupudur, onlar Ukraynaya bələddirlər, onlar ölkə qarşısında duran çağırışları bilirlər və dövlət müəssisələrinin uğuru istiqamətində işləməyə hazırdırlar”, - nazir bəyan edib.

Müşahidə Şurası dövlət müəssisələrinin səmərəliliyinin yüksəlməsinə nəzarət edir, yeni orqanın səlahiyyətlərinə idarə strukturunun islahatları, özəlləşdirmə və auditin aparılması da daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol