Menu

Beynəlxalq Valyuta Fondunun keçmiş başçısı bəraət aldı

12.06.2015, 17:14
Beynəlxalq Valyuta Fondunun keçmiş başçısı bəraət aldı

Fransa məhkəməsi Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş başçısı Stross-Kana bəraət verib."Report"  xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Qeyd edək ki, Dominik Stross-Kana qarşı sutnyorluq ittihamı irəli sürülmüşdü.

O, Fransanın Lil şəhərində fəaliyyət göstərmiş "sutnoyrlar şəbəkəsi" ilə əlaqədə ittiham olunurdu.

İddialara görə, BVF-nin keçmiş başçısı yüksək vəzifəli qonaqlar üçün həmin şəbəkənin xidmətindən istifadə edirmiş.

Onu da xatırladaq ki, Dominik Stross-Kan 2011-ci ildə Nyu-Yorkda mehmanxana xidmətçisinə sataşmaqda şübhəli bilinərək həbs edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol