Menu

“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimi- VİDEO - Fotolar

12.06.2015, 20:58
“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimi- VİDEO - Fotolar

Azərbaycanın paytaxtı Bakı şəhərində yeni istifadəyə verilmiş və 68 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionunda “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi başlayıb. Açılış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır. Açılış mərasimi “Natiq” ritm qrupu və müğənni Elnur Hüseynovun ifa etdiyi mahnılarla başlayıb. Daha sonra M. Dadaşovun təklifi ilə stadionda Meksika dalğası yaşanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban Əliyeva da açılış mərasimində iştirak edirlər.

“Bakı-2015” I Avropa Oyunlarının məşəlini paraolimpiya çempionu İlham Zəkiyev stadionun mərkəzinə gətirib.Daha sonra “Bakı-2015” I Avropa Oyunlarının iştirakçısı olan ölkələrin nümayəndə heyətləri milli bayraqları ilə tribunalar qarşısından keçiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol