Finlandiya KİV-nin məlumatına görə, Baltik dənizinin dibində Finlandiya iqtisadi zonasında təyinatı məlum olmayan 3 sualtı kabel aşkar olunub. Bu barədə «HelsinginSanomat» qəzeti yazıb. Finlandiyanın hərbi güc strukturları hələlik bu informasiyanı şərh etmirlər (Rosbalt).
Qəzetin yazdığına görə, kabellərdən ikisi hidrofondur (su altında səsi və ultrasəsi qəbul etmək üçün xüsusi mikrofonlarla təhciz edilmiş kabel), üçüncüsü isə rabitə kabelidir. Mikrofonlarla təchiz olunmuş hidrofonlar böyük ehtimalla, sualtı qayıqları aşkarlamaq üçündür. Analoji kabellərdən bir çox ölkələrin dəniz və hərbi-dəniz donanmaları istifadə edirlər.
Şübhəli kabellər, gələcəkdən Finlandiya ilə Almaniyanı birləşdirəcək «SeaLion» kabel xəttinin marşrutunu araşdıran zaman tapılıb. Kabel çəkilişinə 2016-cı ilin yazında başlanacağı gözlənilir.
AzPolitika.info


Şərhlər