Menu

ABŞ viza və xarici pasportların verilməsini dayandırdı

13.06.2015, 08:55
ABŞ viza və xarici pasportların verilməsini dayandırdı

ABŞ Dövlət Departamenti texniki nasazlığa görə xarici səfirliklərdə viza və xarici pasportların verilməsini dayandırıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir.

Məlumata görə, sənədləşmə ilə bağlı iyunun 9-dan etibarən müraciət edən şəxslər gecikmələrlə üzləşə bilər.

Problemin ancaq ABŞ-ın xaricdəki nümayəndəliklərində yaşandığı vurğulanır. “Biz problemin tezliklə həll olunması üçün çalışırıq”, açıqlamada qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol