KİV-in yaydığı məlumata görə, Litvanın Prezidenti Dalya Qribauskayte ümid etdiyini bildirib ki, Avropa rəhbərləri Şurasının bir neçə həftədən sonra baş tutacaq iclasında Rusiyaya qarşı ötən ilin iyulundan bəri davam edən sankisyaların müddətini uzatmaq barədə qərar qəbul olunacaq (Rosbalt).
Bu barədə jurnalistlərlə söhbətində Qribauskayte deyib: «Avropanın siyasət istiqamətlərinin dəyişəcəyinə ümid verən səbəblər gerçəkdən, ortada yoxdur. Əksinə, hərbi fəaliyyət gücləndirilir. Minks razılaşması praktikada yeninə yetirilmir, bu isə ən azı, sanksiyaların daha uzun müddət üçün uzadılmasına əsas verir...».
Bununla belə, Prezident, Avropa İttifaqı sammitinin sanksiyaların sərtləşdirilməsi barədə qərar verib-verməyəcəyinə dair prqnoz verməkdən çəkinib. Prezidentin sözlərinə görə, bu, Rusiyanın özünü necə aparmasından asılı olacaq (delfi.lt).
Xatırladaq ki, ötən il iyulun sonunda Avropa,Ukrayna böhranınıdakı mövqeyinə görə, Rusiyanın maliyyə, silah və energetika sektorlarına yönəlik sanksiyalar tətbiq edib. Sanksiyalar, Şərqi Ukrayna səmasında «MalaysiaAirlines» avialaynerinin vurulmasından sonra elan olunub.
Cari həftənin əvvəlində Avropa İttifaqı ölkələri xarici işlər nazirliklərinin (XİN) başçıları mart ayında elan olunmuş sanksiyaların müddətinin daha 6 ay uzadılmasını qərara alıblar. Bu sanksiyalar Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra elan olunub.
AzPolitika.info


Şərhlər