“Erməni idmançılar yarışlarda iştirak edərkən xoşagəlməz hal baş verməyəcək”.
ANS PRESS-in məlumatına görə, bunu Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
BAOƏK-nin rəsmisi güman edir ki, insanlar hansı ölkədən gəlməsindən asılı olmayaraq bütün idmançılara hörmətlə yanaşacaqlar.
Xatırladaq ki, Ermənistan nümayəndə heyətində əvvəlcədən 28 idmançının iştirak edəcəyi bildirilsə də, Bakıya 18 idmançı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaq.
Boks idman növü üzrə; Narek Abgaryan, Artyom Aleksanyan, Nikol Arutyunov, Aram Avagyan, Hovhannes Bachkov, Samvel Barseghyan
Güləş idman növü üzrə; Roman Amoyan, Migran Arutyunyan, Levan Berianidze, Karapet Chalyan, Valodya Frangulyan, Grigor Grigoryan, Garik Barseghyan
Atıcılıq idman növü üzrə; Norayr Arakelyan, Hrachik Babayan
Sambo idman növü üzrə; Ashot Danielyan. Sose Balasanyan
Cüdo idman növü üzrə; Hovhannes Davtyan.
Baku-2015.com saytında Bakıya gələcəkləri elan olunan 25 Ermənistan idmançısı barədə ətraflı məlumatlar yer alıb.


Şərhlər